Krasnodara PUA hücumu: Neft zavodu və hərbi hissə vuruldubackend

Krasnodara PUA hücumu: Neft zavodu və hərbi hissə vuruldu

Avqustun 7-nə keçən gecə Ukraynanın PUA hücumu nəticəsində Krasnodar diyarının Afipski kəndindəki neft emalı zavodunun ərazisində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə regionun operativ qərargahından məlumat verilib.

Məlumata görə, hücum nəticəsində neft emalı zavodunda qaz və qaz kondensatının birgə emalı üçün texnoloji qurğu yanıb. Yanğına yalnız səhər saatlarında söndürülüb.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin verdiyi məlumata görə Slavyansk-na-Kubanda vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində bir nəfər sakin xəsarət alıb.

Bundan başqa, Slavyansk-na-Kubandakı 61661 hərbi hissədə də yanğın baş verib.

Novorossiysk şəhərinə də suüstü dronlar vasitəsilə hücumlar edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bütün hücumlar dəf edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gecə Ukraynaya məxsus 82 dronun vurulduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*