Kredit borcunuzu hissə-hissə ödəyə bilərsiniz – Yalnız bu halda…backend

Kredit borcunuzu hissə-hissə ödəyə bilərsiniz - Yalnız bu halda...

Azərbaycan bank sektorunda kredit öhdəliklərini yerinə yetirə bilməyən vətəndaşların sayı artmaqda davam edir. Bu isə kredit borclarının necə və hansı formada ödəniləcəyi ilə bağlı sualları aktuallaşdırır. Bəs, banka olan kredit borcun hissə-hissə ödəmək mümkündür?

Mövzu ilə bağlı İqtisadçı Rəşad Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, məhkəmə icraatından sonrakı mərhələdə qəbul olunan qərarlar təkcə borcun ödənilməsi ilə məhdudlaşmır.

Azərbaycanda modifikasiya olunmuş məhsullardan imtina mümkün deyil —  MÜSAHİBƏ

“Qərarda borcun hansı hissəsinin, hansı formada və mənbədən ödəniləcəyi də konkret şəkildə göstərilir. Bu isə ödəniş prosesində hüquqi dəqiqliyin və icra mexanizminin təmin olunmasına xidmət edir.

Əgər məhkəmə borcun əməkhaqqı hesabına ödənilməsinə dair qərar qəbul edirsə, bu zaman aylıq müəyyən edilmiş hissələrlə ödənilməsi nəzərdə tutulur. Yəni borclu şəxs əməkhaqqı aldığı müddətdə həmin puldan müəyyən faiz və ya məbləğ kəsilərək borcun silinməsi həyata keçirilir.

Qərarlar təkcə əməkhaqqı ilə məhdudlaşmır. Əgər borclunun zamin şəxsi varsa və əsas borclu ödəniş etmirsə, məhkəmə zaminin də məsuliyyət daşımasına dair qərar qəbul edər. Eləcə də, əmlaka yönəldilmə hallarında borcun birdəfəlik ödənilməsi qərarının çıxarılması mümkündür”.

İqtisadçı qeyd edib ki, məhkəmə borclunun maddi vəziyyətini, gəlir mənbələrini də nəzərə alaraq fərdi yanaşma sərgiləyə bilər.

“Məsələn, borclu kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkardırsa və gəlirləri yalnız mövsümi dövrlərdə formalaşırsa, bu halda məhkəmənin borcun həmin mövsümlərdə, yəni gəlir əldə olunan dövrdə ödənilməsinə dair qərar çıxarması mümkündür.

Beləliklə, borcun ödənilməsi forması hissə-hissə, birdəfəlik və ya zamin və əmlak hesabına yönləndirmə məhkəmənin səlahiyyətində olan məsələdir. Bu qərar konkret işin halları və borclunun maliyyə durumuna uyğun verilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*