Kredit faizləri aşağı salındı – Gürcüstandabackend

Kredit faizləri aşağı salındı - Gürcüstanda

“2024-cü ilin iyun ayından etibarən lari ilə götürülmüş kreditlərin aylıq ödənişi azaldılacaq”.

KONKRET.az xəbər verir ki, Milli Bankın Valyuta Komitəsi yenidən maliyyələşdirmə dərəcəsinin aşağı salınması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, laridə kredit faizi 0,25 bənd azalacaq. Qeyd edək ki, Gürcüstanda lari ilə 180 kredit verilib.

Azaldılmış faiz avtomatik olaraq ödənilməli olan məbləğdə əks olunacaq. Bankda müqaviləni yeniləmək lazım deyil. Şərtlər bütün borcalanlar üçün fərdi olaraq dəyişəcək.

“Müsbət tendensiyalara baxmayaraq, qeyri-müəyyənlik artıb. Həm daxili, həm də geosiyasi vəziyyətdən irəli gələn inflyasiya riskləri artıb. Son aylarda inflyasiya gözləntilərinin də dinamikasında ciddi artım gözlənilir”, – deyə Milli Bankdan bildirilib.

Yeri gəlmişkən, Milli Bankın Pul Siyasəti Komitəsinin növbəti iclası 19 iyun 2024-cü il tarixində keçiriləcək.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*