Kredit götürmək istəyənlər OXUSUN: Kimlər banklarda zamin dura bilər?backend

Kredit götürmək istəyənlər OXUSUN: Kimlər banklarda zamin dura bilər?

Bankların kredit şərtləri arasında ən çox müzakirə olunan məsələlərdən biri də zaminlik mexanizmidir. Xüsusilə də zamin üçün yaş məhdudiyyətinin olub-olmaması və zaminin hansı hallarda ödənişdən azad edilə biləcəyi barədə suallar cəmiyyətdə geniş maraq doğurur. Bəs, bank vətəndaşı neçə yaşınadək zamin qəbul edə bilir?

İqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə zamin üçün yuxarı yaş həddi nəzərdə tutulmayıb.

Ekspertin sözlərinə görə, 18 yaşını tamamlamış istənilən şəxs zamin ola bilər:

“Zamin üçün yuxarı yaş məhdudiyyəti yoxdur. Əsas odur ki, minimum 18 yaş olsun.”

Lakin Həsənov praktiki vəziyyətin fərqli olduğunu qeyd edib. Onun sözlərinə görə, yaş artdıqca banklar zamin qəbul etməkdə daha ehtiyatlı davranırlar:

“İnsan nə qədər yaşlı olsa, bank üçün risk artır. Bank düşünür ki, həmin şəxs dünyasını dəyişə və öhdəlik açıq qala bilər. Buna görə də yaşlı şəxslərin zamin kimi qəbulunda çətinlik yaranır.”

Əkrəm Həsənov: “Qan görməyən oğlan “maymaq” olacaq”

Ekspert əlavə edib ki, zaminin maliyyə imkanları yetərlidirsə – yəni stabil iş yeri, müntəzəm gəliri və ya kifayət qədər əmlakı varsa, banklar adətən problem yaratmır.

Əkrəm Həsənov onu da vurğulayıb ki, zamin istənilən halda borcun ödənilməsinə görə məsuliyyət daşıyır və ödənişdən yayınma imkanı yoxdur:

“Zamin hər bir halda ödənişi etməlidir.”

Bu səbəbdən ekspert vətəndaşlara zaminliklə bağlı qərar verərkən məsuliyyəti və riskləri diqqətlə nəzərə almağı məsləhət görür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*