Kredit müqaviləsinə zamin kimi imza atmadan öncə bunu mütləq edin, əks halda… – XƏBƏRDARLIQbackend

Kredit müqaviləsinə zamin kimi imza atmadan öncə bunu mütləq edin, əks halda... - XƏBƏRDARLIQ

“Kredit müqaviləsinə əsasən, borclu şəxs öhdəliklərini yerinə yetirmədikdə Zaminlər məsuliyyət daşıyır. Əgər borc alan şəxs kredit ödənişlərini etmirsə, bank və ya kreditor avtomatik formada zaminə müraciət edə bilər. Bu, kredit müqaviləsi ilə hüquqi şəkildə tənzimlənir”.

Bu fikirləri iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında səsləndirib:

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

“Zamin və borc alan şəxs kreditor qarşısında eyni məsuliyyət daşıyır. Bu səbəbdən də zamin borcun ödənilməsinə görə birbaşa məsuliyyət daşıyır və vəsaiti ödəməyə məcbur qalır. Daha sonra isə zamin həmin məbləği borc alandan tələb etmək hüququna malikdir. Bu halda o, məhkəməyə müraciət edərək ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər”.

Mütəxəssis xəbərdarlıq edir ki, kredit müqaviləsinə zamin kimi imza atmadan əvvəl hüquqi öhdəliklər diqqətlə nəzərdən keçirilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*