“Rusiya xüsusi əməliyyatı sona çatdırmalıdır, bunun alternativi yoxdur”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində deyib.
Başladığı işi necə bitirəcəyi ilə bağlı suala cavab olaraq Peskov bildirib ki, Kiyevə yeni silahların, o cümlədən daha uzun mənzilli raketlərin tədarükü məcburi gərginlik spiralında növbəti raunda gətirib çıxaracaq.
“Bu, yəqin ki, bir daha bizi daha toplanmış, daha güclü, daha səfərbər olmağa məcbur edir. Başlanmış işi sona qədər bitirməliyik” – deyə Peskov əlavə edib.
Burhan,
KONKRET.az