Kreml Ruttenin NATO-nun baş katibi postuna seçilməsinə münasibət bildirdibackend

Kreml Ruttenin NATO-nun baş katibi postuna seçilməsinə münasibət bildirdi

Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun Baş katibi postuna seçilməsi çətin ki, alyansın Rusiyaya qarşı düşmənçilik xəttini dəyişsin.

KONKRET.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Çətin ki, bu seçim NATO-nun və Atlantik Alyansının üzvlərinin ümumi xəttində nəyisə dəyişsin. Alyans, Rusiya Federasiyasının strateji sıxışdırılması məqsədi güdür. Hazırda bu, bizim üçün düşmən ittifaqıdır”, – deyə Kremlin sözçüsü vurğulayıb. (Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*