Vladimir Putinlə Donald Tramp arasında telefon danışığını istənilən an təşkil etmək mümkündür.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov bunun üçün heç bir texniki maneənin olmadığını vurğulayıb. Lakin o qeyd edib ki, liderlərin növbəti mümkün görüşü, yəni ikitərəfli sammit yalnız ciddi və peşəkar hazırlıqdan sonra baş tuta bilər.
Peskovun sözləri ABŞ Prezidenti Donald Trampın oktyabrın 23-də Budapeştdə planlaşdırılan görüşü ləğv etməsi fonunda səslənib. Tramp görüşün lazım olan nəticəni verməyəcəyini düşündüyü üçün bu qərara gəldiyini açıqlayıb.
Məsələyə münasibət bildirən Vladimir Putin isə deyib ki, hazırlıq olmadan Budapeştdə sammit keçirmək düzgün olmazdı. Onun sözlərinə görə, danışıqların təxirə salınması ehtimalı, ümumiyyətlə ləğv edilməsindən daha çox görünür.
