Kreml ŞOKDA: Bütün rus diplomatlar Almaniyadan qovulacaqbackend

Kreml ŞOKDA: Bütün rus diplomatlar Almaniyadan qovulacaq

Hakim Xristian Demokrat İttifaqından (CDU) Bundestaqın deputatı Roderik Kiesewetter bütün rus diplomatlarının Almaniyadan çıxarılmasını istəyib.

KONKRET.az xəbər verir ki, o, bu barədə jurnalistlərə müsahibəsində bildirib.

“Biz yerdə qalan bütün agentləri və diplomatları qovmalıyıq. Aşağı səviyyəli agentlər adlandırılan şəxslərin işə götürülməsi ilə mübarizə aparmaq üçün addımlar atmalıyıq”, o deyib.

Parlament üzvü əlavə edib ki, Berlindəki Rus Evinin və Rusiya ilə bağlı digər qurumların bağlanmasını məqsədəuyğun sayır.

Bundan əvvəl Almaniya Rusiya diplomatlarının Avropa İttifaqına girişinin məhdudlaşdırılmasını təklif etmişdi. Bunun akkreditasiya müddətinin və Rusiya diplomatik pasportlarının sahiblərinin hərəkət azadlığının azaldılması yolu ilə həyata keçirilməsi təklif olunub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*