Kreml ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq üçün əvvəllər təyin etdiyi müddəti qısaltmaq barədə bəyanatını diqqətə alıb.
KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz prezident Trampın dünənki bəyanatını nəzərə almışıq. Hərbi hərəkətlər davam edir və biz sülh prosesinə və bu nizamlanma zamanı maraqlarımızın təmin edilməsinə sadiq qalırıq”, – Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi Trampın daha Vladimir Putinlə danışmaqda maraqlı olmaması ilə bağlı açıqlamasına da münasibət bildirib: “Mən hər hansı qiymətləndirmədən qaçmaq istərdim. Putinlə Tramp arasında mümkün görüş məsələsi gündəmdə deyil”.
Bir gün əvvəl Donald Tramp müharibənin həlli üçün daha əvvəl elan etdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini açıqlayıb. O əlavə edib ki, yaxın 24 saat ərzində rəsmi olaraq yeni müddət elan etməyi planlaşdırır.
Tramp həmçinin Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Rusiya ilə əməkdaşlıq edən ölkələri ikinci dərəcəli sanksiyalar və tariflər tətbiqi ilə hədələyib. Onun sözlərinə görə, hazırda 100 faizlik tariflərin tətbiqi ssenarisi nəzərdən keçirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az