Kreml Trampın ultimatumuna belə REAKSİYA VERDİbackend

Kreml Trampın ultimatumuna belə REAKSİYA VERDİ

“Kreml ABŞ prezidenti Donald Trampın Kiyevə silah tədarükü ilə bağlı son bəyanatını nəzərdən keçirib və onun ətraflı təhlilini aparmaq niyyətindədir”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“ABŞ prezidentinin bəyanatları çox ciddidir. Onlar şəxsən prezident Vladimir Putinə ünvanlanıb. Vaşinqtonda deyilənləri təhlil etmək üçün əlbəttə ki, vaxt lazımdır. Trampın səsləndirdiyi fikirlərə cavab verib-verməyəcəyini Putin özü qərarlaşdıracaq. Gəlin, Putinin qərarını gözləyək. Ancaq bir şey aydındır. Ukrayna Vaşinqtonda qəbul edilən qərarları sülh üçün deyil, müharibəni davam etdirmək siqnalı kimi qəbul edir”, – Peskov vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*