Kreml Türkmənistana nota göndərdi – Rus dilli siniflər bağlanıb?backend

Kreml Türkmənistana nota göndərdi - Rus dilli siniflər bağlanıb?

Rusiya Xarici İşlər Nazirliyi Türkmənistan Xarici İşlər Nazirliyinə Aşqabad məktəblərindəki rus siniflərinin ləğvi ilə bağlı vəziyyətə aydınlıq gətirilməsini xahiş edən bir nota göndərib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Bir sıra Aşqabad məktəblərində tədris ili ərəfəsində sanitariya və gigiyenik standartlara riayət olunması zərurəti üzündən rus dilində dərslər bağlanıb.

Moskva qeyd edib ki, Rusiya səfirliyi vəziyyətə aydınlıq gətirmək xahişi ilə müraciətinə hələ bir cavab almayıb.

“Bununla əlaqədar olaraq, Rusiya Xarici İşlər Nazirliyi Türkmənistan Xarici İşlər Nazirliyinə rus dilində dərslərin bərpası üçün vəziyyəti aydınlaşdırmaq istəyi ilə bir nota göndərib. Bu da Rusiya Federasiyası ilə Türkmənistan arasında 23 aprel 2002-ci il tarixdə imzalanan və Rusiyada türkmən dilinin, Türkmənistanda rus dilinin öyrənilməsini təmin edən Dostluq və Əməkdaşlıq Müqaviləsinin müddəalarına əsaslanır”, – nəşr Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirir.

Nazirlik ümid edir ki, Türkmənistan ölkədə rus dilində təhsilin azaldılmasına icazə verməyəcək.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*