Kreml və Vaşinqton arasında texnoloji uçurum – Yeni Rus qırıcısı Amerikan “F-35”nə QARŞIbackend

Kreml və Vaşinqton arasında texnoloji uçurum - Yeni Rus qırıcısı Amerikan “F-35”nə QARŞI

Yaponlar Rusiyanın yeni istehsalı olan “Checkmate” qırıcı təyyarəsini “F35”lə müqayisə etməyə başlayıb. Rusiya müdafiə sənayesinin yeni istehsalı dünyadakı hərbi-siyasi analitiklərin də ciddi diqqətinə səbəb olub”.

Mövzu ilə bağlı KONRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, “Yahoo News Japan” portalının oxucuları beynəlxalq aviasiya və kosmik aləmdə rusların “Checkmate” ilə böyük üstünlüyə malik olacağını qeyd edirlər: “Yapon elm adamları da ölkə rəsmilərini təyyarəyə diqqət göstərməyə çağırıb. Beşinci nəsil “Checkmate” yüngül taktiki qırıcısının prototipi ilk dəfə çərşənbə axşamı nümayiş olunub. Təyyarə “Sukhoi” şirkəti (Rostec Dövlət Korporasiyasının Birləşmiş Aviasiya Korporasiyasının bir hissəsi) tərəfindən hazırlanır. Təxmini 25-30 milyon dollarlıq qiymət etiketi ilə “Checkmate” qiymətin iki-üç qatına bərabər olan Fransız “”Rafale” , İsveçin “Gripen” və Amerikanın F-35- nə əsas rəqib olacaq”.

Azərbaycan dünyanın enerji mərkəzinə çevrilib”- Tural İsmayılov | 1news.az | Xəbərlər

Politoloq sözügedən təyyarənin istehsalının nə ilə nəticələnəcəyinə dair mülahizələrini də səsləndirib:

1) ABŞ və Rusiya qırıcı təyyarə sahəsində də özəlliklə ixracatla bağlı ciddi rəqabətdə olacaq.

2) Amerikanın və NATO-nun qırıcıları üçün bəzi “bazarlarda” itkilər yaşanacaq.

3) Türkiyə kimi NATO ölkəsi, Cənubi Avropanın böyük dövlətləri də “Checkmate” almaq istəyə bilərlər. Odur ki, hərb sənayesində dünyanı yeniliklər gözləyir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*