“Ukraynada Kremlin planlarından xəbərdardırlar, çünki Ukrayna kəşfiyyatının Rusiya prezidenti Vladimir Putinə yaxın mənbələri var”.
KONKRET.az xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyi yanında Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov deyib.
“Bizim mənbələrimiz var. Belə desək, Kremlə ən yaxın nöqtələrdə. Ona görə də biz adətən nə baş verəcəyini qabaqcadan bilirik”, – deyə Budanov bildirib.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya Daxili İşlər Nazirliyinin sorğusunu ələ keçirib və nəticədə bilir ki, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin Rusiya daxilində geniş dəstəyi var.
Budanov onu da bildirib ki, Ukrayna 2014-cü ildə, Moskvanın Ukraynanın Krım yarımadasını ələ keçirməsindən sonra nəticə çıxarıb.
“Biz 2014-cü ildə informasiya müharibəsini tamamilə uduzduq. 2022-ci ildə başlayan müharibəyə isə tamam başqa cür başladıq. İndi ruslar informasiya döyüşündə uduzurlar”, – deyə Ukrayna Budanov əlavə edib.
Burhan,
KONKRET.az