“Kremlin Azərbaycanla bağlı bu düşüncəsi yanlışdır, Rusiya nəticə çıxarmalıdır” – YENİ DETALLARbackend

"Kremlin Azərbaycanla bağlı bu düşüncəsi yanlışdır, Rusiya nəticə çıxarmalıdır" - YENİ DETALLAR

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi ilə bağlı qalmaqallı açıqlama verib. O, iddia edib ki, Kiyev Rusiya-Azərbaycan münasibətlərini pozmağa və iki ölkə arasında gərginlik yaratmağa çalışır.

Mövzunu politoloq Əziz Əlibəyli KONKRET.az-a şərh edib:

Paşinyan üçün bu il ölüm-qalım məsələsi olacaq" -Əziz Əlibəyli prezidentin  çıxışını ŞƏRH ETDİ - VİDEO

Ekspert bu yanaşmanı Kremlin xarici siyasətinə xas olan tipik məsuliyyətdən yayınma cəhdi kimi dəyərləndir. Onun fikrincə, Kreml hadisələrə daim eyni prizmadan yanaşır: “Putin heç vaxt günahkar deyil, Rusiya isə heç bir məsuliyyət daşımır.”

“Xatırladaq ki, Azərbaycanın mülki təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan ərazidə vurulması, eləcə də dinc əhalimizə qarşı törətdikləri cinayətlərə görə məsuliyyət daşımalı, üzr istəməlidirlər. Buna baxmayaraq, Rusiya tərəfi nə məsuliyyəti öz üzərinə götürüb, nə də rəsmi şəkildə üzr istəyib”.

Ekspert bildirir ki, Rusiya tərəfi Azərbaycanın haqlı mövqeyini görmək əvəzinə, Zelenskinin həmrəylik üçün etdiyi telefon zəngini neqativ qarşılayıb və məsuliyyəti üçüncü tərəflərin üzərinə atmağa çalışır.

“Əgər Kreml düşünürdüsə ki, Azərbaycanın mülki təyyarəsinə atəş açmaqla baş verən hadisələr qarşısında Azərbaycan təşəkkür bildirəcək, bu, ciddi yanlış hesablamadır. Rusiya baş verənlərdən nəticə çıxarmalıdır,” – deyə ekspert vurğulayır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*