Kremlin “BEZPREDEL” siyasəti və Lavrovun KRİMİNAL söhbəti – Ukraynanın BÖLGÜSÜbackend

Kremlin "BEZPREDEL" siyasəti və Lavrovun KRİMİNAL söhbəti - Ukraynanın BÖLGÜSÜ

“Qərb Ukraynadakı savaşdan uzaq durmalıdır. Bütün slavyan çayları rus dənizinə axmaq məcburiyyətindədir”.

KONKRET.az xəbər verir ki, bu bəyanat Rusiya xarici işlər naziri Lavrova aiddir.

Slavyan xalqları 3 qola ayrılır:

Şərq qolu

Rus, belorus, ukraynalılar

Cənub qolu

Serb, xorvat, boşnak, monteneqrolu, makedonlar, slovenlər, bolqarlar

Qərb qolu

Çexlər, polyak və slovaklar

Lavrovun dedikləri ultimatum xarakterlidir. Məntiqlə həmin xalqlar yaşayan ölkələrdə narahatlıq doğurmalıydı. Di gəl ki, Lavrov mister Bin qədər gülüş hədəfinə çevrilib. Çünki:

– Bolqarıstan, Çexiya, Xorvatiya, Polşa, Slovakiya və Sloveniya NATO ölkələridir. Rusiya isə bu dövlətlərin sakini olan millətləri öz təsir dairəsinə salmaq üçün Şimal Alyansı ilə savaşacaq ürəyə sahib deyil. Amma ağciyərliyi var.

– Bolqarıstan, Polşa, Sloveniya, Slovakiya, Xorvatiya, Çexiya həm də Avropa İttifaqına daxildir. Bu ittifaq isə sanksiyalarla Kremli böyrü üstə qoyub.

Bəli, Belarus Rusiyanın nüfuz arealındadır. Ukrayna da 2014, Yanukoviç devrilənə qədər Kremlin sözü ilə oturub-dururdu. Amma indi Moskvanı əsməyə, rusları səfərbərliyə görə ölkələrindən qaçmağa vadar edir. Odur ki, 8 ildir gedən və 9 aydır ki, aktiv fazada olan savaş Kiyevi Moskvaya yaxınlaşdırmayacaq.

Rusiya heç serb, montenqrolu və makedonların hesabına Şərqi Avropada ikinci Yuqoslaviyanı yarada bilməyəcək.

Lavrovun rus təəssübkeşliyi çəkməsində ən gülməli məqamlardan biri Sergeyin milliyətcə erməni olmasıdır.

Ukraynanın parçalanma planı

SSRİ dağılandan bəri Kreml “parçala hökm sür” siyasətini yürüdür. Acı da olsa, etiraf etmək lazımdır ki, bu onlarda alınır. Çünki əksər konfliktlərin toxumunu ötən əsr özləri səpib. O ki qaldı Ukraynaya, Putin müsahibələrində dəfələrlə bildirib ki, bolşevik inqilabına qədər Ukrayna adlı dövlət olmayıb:

“Ukrayna rus torpaqlarında yaradılıb. Stalinin dönəmində, II Dünya savaşından sonra isə Polşa, Macarıstan və Rumıniyanın bəzi əraziləri Ukraynaya birləşdirilib”.

Burada məqsəd Polşa, Macarıstan və Rumıniyanı Ukraynaya qarşı ərazi iddialarına təhrik etməkdir. Belə olan halda isə Avropanın daxilindəki çoxtirəlik artır və Kremlə qarşı Qərbin vahid siyasəti pərakəndələşmiş olur.

Natiq Səlim,

KONKRET.az

P.S. Ermənipərəst rusların əksər postsovet ölkələrinin tarixi ilə bağlı belə kinayəli yanaşması var. Bircə özlərinin yaratdığı hibrid Ermənistana eradan əvvəlin uydurmalarını calayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*