Kremlin Ukrayna və Ermənistanla bağlı DƏHŞƏTLİ SSENARİSİ: Paşinyanla Zelenskini hansı aqibət gözləyir?backend

Kremlin Ukrayna və Ermənistanla bağlı DƏHŞƏTLİ SSENARİSİ: Paşinyanla Zelenskini hansı aqibət gözləyir? 

“Rusiya Zelenskini öz marionetləri ilə əvəzləməyə can atır. Onlar Ermənistan üçün də eyni ssenarii hazırlayırlar”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni analitik Romella Mnatsakanyan öz məqaləsində yazıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bəyanatı ilə yəqin ki, hər kəs artıq tanışdır. Bildirilib ki, Ermənistanın informasiya məkanında, xüsusən də teleqram kanallarında Bakı və İrəvan arasında silahlı münaqişə başlaya bilər. Lakin bunlar Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə qarşı təxribatdır və onların adından yayılan saxta məlumatlardır. Dezinformasiya yayanlar belə “əsaslandırırlar” ki, Azərbaycan-Ermənistan müharibəsi Rusiyanı “ikinci cəbhə” açmağa məcbur edəcək və onun hərbi qüvvələrini dağıdacaq. Bu da Ukraynanın xeyrinə olacaq. Məlumatın əsasında isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Ukrayna müdafiə nazirinin müavini İvan Qavrilyuka ünvanladığı iddia edilən saxta hesabat dayanıb. Paylanmış vərəqdə bir sıra kobud səhvlər var və Ukraynada rəsmi sənədlərin hazırlanması üçün tələblərə cavab vermir”, – deyə məlumatda bildirilir.

Xüsusilə vurğulanır ki, bu informasiya əməliyyatının həyata keçirilməsi Ukraynanı nüfuzdan salmaq, Ukrayna-Ermənistan və Ukrayna-Azərbaycan münasibətlərini korlamaq məqsədi daşıyır ki, bu da ilk növbədə işğalçı Rusiya dövləti üçün faydalıdır. Və bu qənaətlə razılaşmamaq mümkün deyil. Rusiya həmişə çalışıb ki, Ukraynanı gözdən salsın, onun zəifləməsinə nail olsun. Təəccüblü deyil ki, Rusiya xüsusi xidmət orqanları bu dəfə Ukraynanı Ermənistanla Azərbaycan arasında yeni müharibənin qızışdırılmasında günahkar kimi təqdim etməyə səy göstəriblər. Bu saxtakarlığın müəllifləri Ukraynanın regionumuzdakı vəziyyətə təsir etmək imkanlarının sadəcə olmadığını gözdən qaçırırlar.

Baş nazir Nikol Paşinyanla prezident Zelenski arasında güclü və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurulub. Və biz Ukraynaya minnətdarıq ki, üç ildən artıqdır Rusiyanın qanlı ordusuna müqavimət göstərir. Ukrayna Rusiyanın bir milyona yaxın hərbi qulluqçusunu, 10 mindən çox tankını, 21 mindən çox zirehli texnikasını, 370 təyyarəsini və 331 helikopterini məhv edib. Bu, nəhəng bir qüvvədir, böyük bir ordudur. Və bütün bunların ondabiri ölkəmizə qarşı yönəlsəydi, Ermənistan üçün dövlətçiliyin itirilməsi təhlükəsi aşkar olardı.

Üstəlik, belə bir ssenari reallaşsa, ona Gümrüdəki Rusiya hərbi bazası və “beşinci kolon” da qoşulacaq. Hakimiyyət qazanmaq üçün hər şeyə hazırdırlar. Əslində, məhz buna görə də Moskvanın göstərişi ilə “beşinci kolon”un nümayəndələri Rusiyanın işğalı altında olan Ukrayna Donbasına səfərlər ediblər. Bu, həm də İrəvanla Kiyev arasında münasibətlərdə parçalanma yaratmaq işinin tərkib hissəsi idi. Nə yaxşı ki, Ukrayna tərəfi müdriklik nümayiş etdirdi və bu cür primitiv təxribatın arxasında dayanan gücü anladı.

Ukrayna hazırda çətin günlər yaşayır. Həm də ona görə ki, ABŞ yeni prezident Donald Trampın dövründə böyük gücə çevirən ənənələrdən çox açıq şəkildə uzaqlaşıb. Onlar demokratiyadan çox, qanlı diktaturanın tərəfinə keçdilər. Artıq Donald Trampın Vladimir Putinin ətrafı ilə maliyyə maraqları səbəbindən bağlı olduğuna dair çoxlu sübutlar var. İndi də ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson NBC News-a müsahibəsində deyib ki, Ukrayna prezidenti Zelenski təşəkkür əlaməti olaraq özünü toparlayıb danışıqlar masasına qayıtmalı, yoxsa hakimiyyətdən getməlidir”.

Rusiya da Zelenskini öz “kukla”sı ilə əvəz etmək istəyir. Onlar Ermənistan üçün də eyni ssenarini hazırlayırlar. Ona görə də hamı ölkəmizin demokratik seçimini və gələcəyini xilas etmək naminə birləşməlidir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*