“Krım baharı”nın iştirakçısı Praqada saxlanıldıbackend

“Krım baharı”nın iştirakçısı Praqada saxlanıldı

Ukraynanın verdiyi beynəlxalq order əsasında Praqa aeroportunda Rusiya vətəndaşı saxlanılıb.

KONKRET.az xəbər verir ki, bunu Çexiya polisinin mətbuat katibi Ondrjey Moravçik deyib.

“Təsdiq edə bilərəm ki, Praqa aeroportunda Ukraynanın verdiyi beynəlxalq order əsasında Rusiya vətəndaşı saxlanılıb”, – Moravçik bildirib.

Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidenti yanında Krım Respublikasının daimi nümayəndəliyinin beynəlxalq hüquq məsələləri üzrə işçi qrupunun rəhbəri Aleksandr Moloxov “Krım baharı” hadisələrinin aktiv iştirakçısı Aleksandr Françettinin Praqa aeroportunda yaxalandığını bildirmişdi./axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*