Krım Rusiya ərazisi kimi tanınmadı – UEFA-dan qərarbackend

Krım Rusiya ərazisi kimi tanınmadı – UEFA-dan qərar

Avropa Futbol Assosiasiyaları Federasiyası (UEFA) qitə çempionatında iştirak etmək üçün Ukrayna millisinin formasını təsdiq edib.

KONKRET.az xəbər verir ki, formanın üzərində Ukrayna xəritəsində Rusiya işğalındakı Krım yarımadası da yer alıb.

Yarımadanın şəklinin millinin formasında yer aldığı iyunun 6-da məlum olub. Yeni formanı Ukrayna futbol federasının prezidenti Andrey Pavelko təqdim edib.

Qeyd edək ki, Ukraynanın Krım bölgəsi 2014-cü ilin mart ayında Rusiya tərəfindən işğal olunaraq, qeyri-legitim yolla federasiyaya birləşdirilib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*