Krım rusiyalı dijeyin son səyahət yeri oldubackend

Krım rusiyalı dijeyin son səyahət yeri oldu

“Mr. Basic” təxəllüsü ilə tanınan rusiyalı DJ Sergey Babin Krım yarımadasında Yevpatoriya yaxınlığındakı dava nəticəsində aldığı xəsarətlərdən ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti bölgənin təcili xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

“Dava sentyabrın 8-də Yevpatoriya yaxınlığında baş verib. Xəsarət alan musiqiçi xəstəxanaya aparılıb və bir neçə gün sonra orada ölüb. Həyatını qurtarmaq mümkün olmayıb”. Müsahib agentliyə belə deyib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Krım Respublikasındakı informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Olqa Kondraşova sentyabrın 8-də polisin Yevpatoriya təcili yardım stansiyasında bədən xəsarətləri ilə 1984-cü il təvəllüdlü bir nəfərin xəstəxanaya çatdırılması barədə həkimdən mesaj aldığını bildirib.

İnsidentlə bağlı cinayət işi başlanıb.

Hazırda bütün istintaq hərəkətləri aparılır. Şübhəlilər nəzarətə alınıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*