Krım tatarları Ərdoğanı görüşə dəvət etdibackend

Krım tatarları Ərdoğanı görüşə dəvət etdi

Krım Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Eyvaz Umerov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Krım tatarlarının heyəti ilə görüşməyə dəvət edib.

KONKRET.az xəbər verir ki, Umerov bu barədə RİA-ya müsahibəsində deyib.

O, Türkiyənin Krımla bağlı mövqeyinin öz səbəbləri olduğunu bildirib:

“Türkiyə Ukraynaya Krım üçün deyil, tatarlar üçün yardım edir. Ancaq əminəm ki, Türkiyə Prezidentinin praqmatizmi və Rusiya Prezidenti ilə şəxsi münasibətləri onun Krımı birmənalı olaraq Rusiyanın ərazi bütövlüyü kimi tanımasına gətirib çıxaracaq”, – Umerov bildirib.

axar.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*