Krım təhlükəsi Putini geri çəkilməyə məcbur edəcəkmi? – Amerika mediasıbackend

Krım təhlükəsi Putini geri çəkilməyə məcbur edəcəkmi? - Amerika mediası

ABŞ dövlət katibi Entoni Blinken mediaya daxil olan rəsmilərlə söhbətində Krımın Rusiya prezidenti Vladimir Putinin keçməyəcəyi “qırmızı xətt” olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Bununla belə, ABŞ hesab edir ki, Krımın Ukrayna yurisdiksiyasına qaytarılması ehtimalı azdır. Bu şübhələri nəşrin jurnalistləri də bölüşür. Onların fikrincə, Krımı təcrid etmək üçün Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları Melitopol, Armyansk və ya Skadovska doğru irəliləməlidir.

Melitopolu ələ keçirməzdən əvvəl Ukrayna qoşunları səngərlər, mina sahələri və maneələr sistemi ilə əhatə olunmuş Tokmakı azad etməlidirlər. Bundan əlavə, Rusiya Federasiyası orada 90 mindən çox hərbi qulluqçu qrupu saxlayır.

“Putinin hazırkı prioriteti Krımı saxlamaqdır…”, – nəşr yazıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*