Krımda nümayişlər, paradlar və “Ölməz alayın” yürüşü bu səbəbdən LƏĞV EDİLDİbackend

Krımda nümayişlər, paradlar və “Ölməz alayın” yürüşü bu səbəbdən LƏĞV EDİLDİ

Krımda mayın 1-də nümayişlər, 9 mayda paradlar və “Ölməz alayın” yürüşü ləğv edilib.

KONKRET.az bildirir ki, bu barədə yarımadanın rəhbəri Sergey Aksyonov məlumat verib. Onun sözlərinə görə, qərar təhlükəsizlik mülahizələri ilə bağlıdır.

Eyni səbəblərdən daha əvvəl Kursk və Belqorod vilayətlərində hərbi paradlar ləğv edilib.

Yəni, Ukrayna ordusu hücum etsə, Rusiyanın hava hücumundan müdafiə sistemi öhdəsindən gələ bilməyəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*