Krımdan olan yaraqlı Kiyevdə tutuldubackend

Krımdan olan yaraqlı Kiyevdə tutuldu

Polis Kiyevdə Krımın qanunsuz özünümüdafiə silahlı birləşməsinin üzvünü saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə axşamı, avqustun 4-də Krım Muxtar Respublikasında və Sevastopolda Milli Polisin Baş İdarəsinin rəis müavini Sergey Panteleyev açıqlayıb.

“Seqodnya” qəzeti yazır ki, saxlanılan şəxs Ukrayna vətəndaşıdır. 2014-cü ildə o, Krımın özünümüdafiə dəstələri ilə birlikdə Yalta şəhərinin şərq girişindəki nəzarət məntəqəsində dayanıb.

Şübhəli vətəndaşların sənədlərini qanunsuz olaraq yoxlayıb, avtomobillərində axtarış edib. Daha sonra yarımadadakı qanunsuz yaradılan hökumət orqanlarında vəzifələr tutub.

Tutulan şəxs 2016-cı ildə Krımın qaytarılması üçün medal alıb. Hərbçinin yaşayış yerində aparılan axtarış zamanı polis onun qanunsuz fəaliyyətini sübut edən əşyalar və sənədləri ələ keçirib.

Bundan əvvəl, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları 2014-cü ildə qondarma “LXR”nin yaradılması ilə bağlı Luqansk vilayətində anti-konstitusiya “referendumu”nun əsas təşkilatçılarından birini saxlayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*