Krımın vitse-spikeri: Kiyev hürmür, mırıldayır!backend

Krımın vitse-spikeri: Kiyev hürmür, mırıldayır!

Kuleba (Ukrayna xarici işlər naziri – red.) psixiatriya xəstəxanasındakı Napoleondur.

KONKRET.az  xəbər verir ki, bu sözləri Krım parlamentinin vitse-spikeri Efim Fiks Kulebanın Krımla bağlı son açıqlamasını şərh edərkən deyib.

“Krılovun “Fil və Moska” (Fil və küçük) təmsili var. Burada Kiyev hakimiyyəti mırıldayır, hətta hürmür də… Onlarda heç nə alınmayacaq. Qoy isterik planlarını və Krım haqda ideyaları qalsın”, – deyə Fiks bildirib.

O əlavə edib ki, Krım mövzusu həmişəlik qapanıb.

Qeyd edək ki, Ukrayna XİN rəhbəri Dmitri Kuleba Krımın Rusiya üçün müqəddəs yox, cəhənnəm mövzusu olacağını və yarımadanın qaytarılması üzərində çalışdığını demişdi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*