Kriptovalyutası olanların NƏZƏRİNƏ: Bu halda əmlakınız üzərinə həbs qoyula bilər…backend

Kriptovalyutası olanların NƏZƏRİNƏ: Bu halda əmlakınız üzərinə həbs qoyula bilər...

“Azərbaycanda kriptovalyuta hüquqi baxımdan pul və ya valyuta hesab olunmur. Qanunvericilikdə əmlak kimi qiymətləndirilir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov səsləndirib.

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır —  MÜSAHİBƏ | Modern.az

“Bu, valyuta deyil, əmlakdır. Qızıl, mebel, kompüter kimi, kriptovalyuta da əmlak hesab olunur. Cinayət predmeti olduqda, digər əmlaklar kimi onun üzərinə yalnız məhkəmə qərarı ilə həbs qoyula bilər”.

Ə.Həsənov bildirib ki, kriptovalyuta üzərinə məhkəmə qərarı olmadan həbs qoyulması qeyri-mümkündür. Bununla belə, texniki çətinliklər mövcuddur:

“Qızıl və ya daşınan əmlakı asanlıqla götürülüb saxlaya bilsək də, kriptovalyutaya fiziki formada əl ilə toxunmaq mümkünsüzdür. Onun kodu var. Vətəndaş həmin kodu təqdim etmədiyi halda, kriptovalyuta üzərinə faktiki həbs qoymaq çətinləşir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*