Kriştiano Ronaldonun rekordu yeniləndibackend

Kriştiano Ronaldonun rekordu yeniləndi

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Joelson Fernandeş İtaliya “Yuventus”unda çıxış edən Kriştiano Ronaldonun rekordunu yeniləyib.

KONKRET.az xəbər verir ki, hücumçu buna çempionatın XXIX turunda “Jil Visente” ilə matçda nail olub. Fernandeş 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib.

Ronaldo isə “Sportinq”də İtaliya “İnter”inə qarşı 17 yaş 6 ay 9 günündə meydana çıxıb.

Qeyd edək ki, Kriştiano Ronaldo “Sportinq”də 25 oyuna 3 qol vurub. O, 2003-cü ildə “Mançester Yunayted”ə keçib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*