Kseniya Sobçak: pandemiyadan sonra rusları iqtisadi böhran gözləyirbackend

Kseniya Sobçak: pandemiyadan sonra rusları iqtisadi böhran gözləyir

Rusiyalı teleaparıcı Kseniya Sobçak deyib ki, yeni növ koronavirus pandemiyası və özünü təcrid edilmənin aradan qaldırılmasından sonra insanları dərin iqtisadi böhran gözləyir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı news.ru saytı yayıb.

O, qeyd edib ki, dünyada ilk dəfə humanizm qalib gəldi, çünki ölkələrin hakimiyyəti öz iqtisadiyyatlarını qurban verdi və vətəndaşları xilas etmək üçün ciddi karantin tədbirləri tətbiq etdi.

Sobçak vurğulayıb ki, pandemiya dünya iqtisadiyyata ağır zərbə vurdu: “Bu da gələcəkdə ciddi problemlərə gətirib çıxara bilər”.

Məlumat “YouTube”da “Belıy şum” kanalında bildirilib.

Daha əvvəl news.ru yazmışdı ki, Kseniya Sobçak Federasiya Şurasının spikeri Valentina Matviyenkonun xarici səfərləri planlaşdırmamaq tövsiyəsindən olduqca təəccüblənib. Siyasətçi bütün il üçün səyahətdən imtina etməyi tövsiyə edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*