Kseniya Sobçakın anası da koronavirusa yoluxub? – Testin cavabını gözləyirbackend

Kseniya Sobçakın anası da koronavirusa yoluxub? – Testin cavabını gözləyir

Televiziya aparıcısı Kseniya Sobçak anası Lyudmila Narusovanın sağlamlıq durumundan danışıb. Qadın indi Kommunarka xəstəxanasındadır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Krovavaya barınya” Telegram kanalı yayıb.

Mənbə bildirir ki, Narusovanın temperaturu qalxdığından həkimlər ona virus diaqnozu qoyublar. Hazırda testin nəticələri gözlənilir.

“Mən daim televiziyada çalışdığımdan infeksiyaya meylli yerlərə gedirəm. Anamla iki həftədir əlaqə saxlamırdıq. O, Moskva yaxınlığında bir sanatoriyada idi. Gəldi və mənə zəng etdi ki, təcili yardım çağırım. Belə işlər” deyə Sobçak izah edib.

Bundan əvvəl mediada məlumat yayılmışdı ki, Lyudmila Narusova özünü pis hiss etdiyi üçün xəstəxanaya gedib. Nəşrlərin yazdığına görə, bu yaxınlarda o, xaricdən qayıdıb.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib. Xəstəliyin törədicisi, rəsmi adı COVID-19 olan koronavirusun yeni bir növüdür.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*