“KTMT-dən çıxmaq məsələsi Ermənistanın dövlət sirridir” – Edvard Astryanbackend

"KTMT-dən çıxmaq məsələsi Ermənistanın dövlət sirridir" - Edvard Astryan

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri, general-leytenant Edvard Astryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağın nəticələrini dövlət sirri adlandırıb.

KONKRET.az erməni mediasına istinadən bildirir ki, baş qərargah rəisi jurnalistlərə açıqlamasına ölkəsinin hələ KTMT tərkibindən çıxmadığını söyləyib.

Asryan izah edib ki, təşkilatdan çıxmağın nəticələri barədə məlumat dövlət sirri hesab olunur: “Biz hələ KTMT-ni tərk etməmişik və KTMT-dən çıxmaq nəyə gətirib çıxaracaq, bu sualın özündə də sirr var”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*