“KTMT Ermənistanın sərhədlərini tanımalıdır” – Armen Qriqoryanbackend

“KTMT Ermənistanın sərhədlərini tanımalıdır” – Armen Qriqoryan

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın Gürcüstan, Türkiyə, İran və Azərbaycanla sərhədlərini tanımalıdır. 

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroryan deyib.

O qeyd edib ki, ölkəsi KTMT ilə bağlı mövqeyini çoxdan ifadə edib:

“Gözləyirik ki, KTMT öz məsuliyyət zonasını, məhz Ermənistanın 29 800 kvadratmetr ərazisini, eləcə də Gürcüstan, Türkiyə, İran və Azərbaycanla mövcud olan sərhədlərini tanıyacaq. KTMT-nin bunu tanımadığı halda, sual açıq qalır”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*