“Ermənistanda hərbi fəlakətin yaratdığı siyasi böhran var. Əlbəttə, bu pisdir. Ancaq bu, erməni siyasətçilərə ritorik tədbirlər keçirməyə imkan verir. Vaxt elədir ki, orada heç kim bir-birinin sözlərinə cavabdeh deyil. Ermənistan bu gün 1918-ci ilin dekabrından – 1919-cu ilin əvvəlindəki Almaniyanı xatırladır. Hələ uzun illər Ermənistanda əsas mövzu intiqam olacaqdır. Bu vəziyyətdə intiqam üçün rəsmi İrəvan və erməni etirazçılar hər kəslə və ən vəhşi konfiqurasiyalarda istənilən ittifaq fikirlərini ortaya qoyacaqdır“.
KONKRET.az xəbər verir ki, bu fikirləri publisist, Belarus parlamentinin sabiq üzvü Aleksandr Zimovski rus mətbuatına açıqlamasında söyləyib.
Zimovski son vaxtlar erməni siyasi elitasında Rusiya ilə İttifaq dövləti yaratmaq çağırışlarına da münasibət bildirib. O deyib ki, “Bu gün əsas sual budur: Rusiya ilə Birlik Dövləti yaratmağın zəruriliyini bəyan edən Ermənistan bu ittifaqa nə töhfə vermək istəyir? Pul? Ərazilər? Güzəştlər? Hərbi bazalar? Krımın tanınması? Birlik Dövlətinin maraqları tələb edərsə, İrəvan Tiflisi bombalamağa hazırdırmı?… Cavab yoxdur. Ermənilər üçün Birlik Dövləti yemək üçün dolma deyil“.
KONKRET.az