“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyinə Ermənistanın üzvlüyünü dayandırması barədə heç bir müraciət daxil olmayıb”.
KONKRET.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə KTMT-dən məlumat verilib.
“Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı Paşinyanın sözlərində söhbət, görünür, təşkilatın keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir”, – KTMT təmilçiləri bildiriblər.
Xatırldaq ki, Fransa mediasına müsahibəsində Ermənistanın Baş naziri ölkəsinin üzvü olduğu KTMT-də iştirakının “dondurulduğunu” söyləyib.
Xatirə SADİQ,
KONKRET.az