Kuman Messini müdafiə işindən azad etmək istəyirbackend

Kuman Messini müdafiə işindən azad etmək istəyir

“Barselona”nın baş məşqçisi Ronald Kuman hücumçu Lionel Messinin meydandakı rolunu dəyişdirmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Mundo Deportivo” nəşri yayıb.

Mənbə bildirir ki, məşqçi  forvardı 4-2-3-1 formatında saxta sağ qanad oyunçusu kimi yerləşdirmək istəyir.

Mütəxəssis argentinalı futbolçunun ötürməni və ya zərbəni dəqiqləşdirmək üçün bir fürsət axtararaq bütün hücum xətti boyunca hərəkət edəcəyini düşünür.

Kuman istəyir ki, Messi hücumda oynasın, yarımmüdafiəyə qayıtmasın: “O, həmişə tərəfdaşlarından ötürmə gözləməlidir”.

Qeyd edək ki, Messi müqavilənin uğursuz ləğvindən sonra kluba qayıdaraq Kumanın rəhbərliyi altında ilk məşqini keçirib.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*