Kürdə batan şəxslərin axtarışları davam edir – VİDEObackend

Kürdə batan şəxslərin axtarışları davam edir - VİDEO

Mingəçevir su anbarında batdıqları ehtimal olunan vətəndaşların axtarışları davam etdirilir.

KONKRET.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdıqları ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Hazırda müşahidə edilən kəskin və əlverişsiz hava şəraitinə baxmayaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir”, – məlumatda qeyd olunub.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*