Kürdəmirdə 36 yaşlı kişini elektrik vurdubackend

Kürdəmirdə 36 yaşlı kişini elektrik vurdu

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, rayonun Xırdapay kənd sakini, 1989-cu il təvəllüdlü Bağırov Məhəbbət Ağamurad oğlu elektrik xəttində iş görərkən onu cərəyan vurub.

Ağır bədən xəsarəti alan sakin elə hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*