Kürdəmirdə ağır qəza – Ölən və xəsarət alan varbackend

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu ölüb.

Yaralı şəxs isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*