Kürdəmirdə ağır yol qəzası, xəsarət alan var – FOTOLARbackend

Kürdəmirdə ağır yol qəzası, xəsarət alan var - FOTOLAR

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı nəqliyyat vasitəsinin sürücüsü, 28 yaşlı Alışov Famil Firidun oğlu Kürdəmir şəhəri istiqamətində hərəkət etmək üçün dönmə əməliyyatı etmək istəyib. Bu zaman 25 yaşlı Rzayev Vurğun Vəkil oğlunun idarə etdiyi “Mersedes” markalı nəqliyyat vasitəsi arxadan Famil Alışovun avtomobilinə çırpılıb.

İdarəetmədən çıxan “Mersedes” yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı Vurğun Rzayev müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*