Kürdəmirdə avtomobil su kanalına düşdü – Xəsarət alan varbackend

Kürdəmirdə avtomobil su kanalına düşdü - Xəsarət alan var

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qarayev Mais Ləzgi oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb, maşına isə ciddi ziyan dəyib.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*