Ukrayna Silahlı Qüvvələri HIMARS reaktiv yaylım atəş sistemi ilə Rusiya Federasiyasının Kursk vilayətinin Lgov şəhərində yerləşən hərbi texnikaya zərbə endirib. Nəticədə üç Rusiya hərbçisi ölüb, doqquz nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, zərbə dünən şəhərə giriş hissəsində hərbi texnikanın toplanma nöqtəsinə endirilib. “Пепел”in məlumatına görə, “Rosneft” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtoservisin yanında dayanan dörd ədəd hərbi texnika zədələnib.
Kursk vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn hadisə ilə bağlı bildirib ki, hücum nəticəsində 64 fərdi yaşayış evi, 28 mənzil, bir avtoyuma məntəqəsi və iki mağaza zərər görüb. O, hərbçilər arasında itkilər barədə heç bir məlumat verməyib, lakin 16 mülki şəxsin yaralandığını açıqlayıb.
Natiq Səlim,
KONKRET.az