“Kurtlar Vadisi”nin Çakırının prototipi azad edildi – FOTOLARbackend

"Kurtlar Vadisi"nin Çakırının prototipi azad edildi - FOTOLAR

Türkiyəli məşhur mafiya lideri Alaattin Çakıcı azadlığa buraxılıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Ankara Sincan Həbsxanasından azadlığa buraxılan A.Çakıcını vəkilləri, ailəsi və yaxın dostları qarşılayıb. Qeyd edək ki, A.Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. Sonradan məhkəmədə çıxış edən A.Çakıcı Türkiyə kəşfiyyatına işlədiyini bildirib.

Bəzi iddialara görə, Alaattin Çakıcı “Kurtlar Vadisi” teleserialının əsas personajlarından biri olan “Süleyman Çakır”ın prototipidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*