Kütləvi zəhərlənməyə səbəb olan dönərxana bağlandı – Fotolarbackend

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana bağlandı - Fotolar

Şəmkir rayonunda kütləvi zəhərlənmə baş verdiyi dönərxananın fəaliyyəti tam dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu gün AQTA rəsmiləri tərəfindən 24 nəfərin zəhərləndiyi ehtimal olunan “Almalı” dönər evinin qapısına möhür vurulub, qidalardan nümunələr götürülüb.

Qeyd edək ki, TƏBİB-dən verilən son məlumata görə, zəhərlənmə şübhəsi ilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 14-ü azyaşlı olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*