Küveytin yeni əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah hökumətin istefasını qəbul edib.
KONKRET.az xəbər verir ki, əmirliyin Nazirlər Kabinetinin üzvləri müvəqqəti olaraq öz vəzifələrini icra etməyə davam edəcəklər.
Bundan əvvəl Küveytin baş naziri Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabah yeni dövlət başçısına hökumətin istefası ilə bağlı sorğu təqdim edib. Çərşənbə günü Küveyt əmiri ölkənin birpalatalı parlamenti olan Milli Assambleya qarşısında and içib. Şeyx Məşəl dekabrın 16-da vəfat edən Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın yerinə keçib. Küveyt Konstitusiyasına görə, əmirin ölümündən sonra taxt vəliəhd şahzadəyə keçir. O isə yalnız parlamentdə and içdikdən sonra hakimiyyətə gələ bilər.
Vəli Həsənov,
KONKRET.az