Küveyt Malayziyaya qırıcılar satır?backend

Küveyt Malayziyaya qırıcılar satır?

Küveytin Malayziyaya F/A-18 Hornet qırıcılarını satması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

KONKRET.az xəbər verir ki, bu barədə Küveyt ordusunun Baş Qərargahı məlumat yayıb.

“Malayziya Krallığı Hərbi Hava Qüvvələri ilə Küveyt Müdafiə Nazirliyi arasında məsələ ilə bağlı müzakirələrin aparılması ilə bağlı yayılan məlumatlar yalandır. Müdafiə Nazirliyinə məxsus texnikanın satışı ilə bağlı hər hansı danışıqlar olarsa, ictimaiyyətə açıqlanacaq”, – məlumatda bildirilib.

Qeyd edək ki, Küveytin 1991-ci il Körfəz müharibəsindən sonra satın aldığı 40 ədəd F/A-18C və F/A-18D döyüş təyyarəsini satmağa çalışdığı iddia edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*