Koreya Respublikasının Prezidenti Yun Sok Yol KXDR-in raket buraxılışı ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının daimi üzvlərinin fövqəladə iclasına sədrlik edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi prezident administrasiyasına istinadən məlumat yayıb.
Qeyd edək ki, Cənubi Koreya lideri NATO sammitinin keçirildiyi Litvada səfərdədir.
Yun Sok Yol bildirib ki, Pxenyan qanunsuz hərəkətlərin əvəzini ödəyəcək.
Xatırladaq ki, Şimali Koreya Yapon dənizinə doğru uzaqmənzilli ballistik raket atıb. Raket təxminən min kilometr məsafəni uçaraq Yapon dənizinə düşüb.
Məlumata görə, buraxılan ballistik raket qitələrarası ola bilər.
Qeyd edək ki, Şimali Koreyanın sonuncu raket buraxılışı iyunun 15-də baş tutub.
Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi bildirib ki, hazırkı raket buraxılışı BMT Təhlükəsizlik Şurasının qətnamələrini və Koreya yarımadasında sülhü pozan ciddi təxribatdır.
İqbal Rzayev,
KONKRET.az