KXDR-in dronu Cənubi Koreyada prezident ofisini lentə aldıbackend

KXDR-in dronu Cənubi Koreyada prezident ofisini lentə aldı

Ehtimal edilir ki, Cənubi Koreyanın hava məkanına daxil olan 5 KXDR pilotsuz təyyarəsindən biri Seuldakı prezident ofisinin görüntülərini lentə ala bilib.

KONKRET.az xəbər verir ki, bu barədə “KBS” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, dron prezident ofisinin yerləşdiyi Yonqsan ərazisinə çata bilib.

Cənubi Koreya tərəfinin məlumatına görə, qalan dörd pilotsuz təyyarə Qanqvado adasının ərazisində uçub və radardan itib.

Bu səbədən Seul hava limanlarında 30-a yaxın uçuş müvəqqəti dayandırılıb.

Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açıb. Son məlumatlara görə, hərbçilərin pilotsuz təyyarələrə qarşı əməliyyatı 5 saat davam edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*