Şimali Koreya Rusiyadakı qoşunlarının sayını artırmağa, həmçinin Moskvaya əlavə hərbi texnika, o cümlədən PUA göndərməyə hazırlaşır.
KONKRET.az “Yonhap”-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb. Şimali Koreyanın Rusiyaya ən çox 240 mm-lik çoxillik raket sistemləri və 170 mm-lik “M1989” artilleriya qurğuları tədarük edəcəyi iddia edilir. Şimali Koreyanın tezliklə Moskvaya kamikadze dronlarının istehsalına və tədarükünə başlayacağı gözlənilir.
Vəli Həsənoğlu,
KONKRET.az