“Laçın dəhlizi qapadılmalıdır” – AÇIQLAMAbackend

"Laçın dəhlizi qapadılmalıdır" - AÇIQLAMA

Antiterror əməliyyatları Xankəndi şəhərində aparılmalıdır. Bu gün regionda terrorun başı oradadır və terrora son qoymaq üçün öncə o “başı kəsmək” lazımdır.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib.

“Əgər Ermənistan və Rusiya öhdəliklərini yerinə yetirə bilmirlərsə, o zaman Laçın dəhlizi də qapadılmalı, sülhməramlılar isə yalnız Ermənistan-Azərbaycan sərhədində müşahidə aparmalıdırlar”, – o bildirib.

Qeyd edək ki, ötən gün erməni silahlılar Tuğ kəndində Ordumuza qarşı təxribat törədib və bir əsgərimiz şəhid olub. Bunun ardınca antiterror əməliyyatına başlayan Ordumuz 6 erməni silahlısını məhv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*