Laçın dəhlizində Azərbaycan postu qurulur, köçkünlər Xankəndiyə qayıdır – AÇIQLAMAbackend

Laçın dəhlizində Azərbaycan postu qurulur, köçkünlər Xankəndiyə qayıdır - AÇIQLAMA

“ATƏT Minsk qrupuna o halda icazə verilməlidir ki, Xankəndi, Xocavənd və Ağdərədə Azərbaycanın yurisdiskiyasının bərpa edilməsi üçün təkliflər irəli sürsün. Burada yaşayan ermənilərin Azərbaycanın tərkibinə reinteqarasiyası üçün real proqramlar həyata keçirsin”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, hazırda 10 Noyabr birgə Bəyannaməsindən irəli gələn bir neçə bənd Rusiya tərəfindən həyata keçirilmir: “Bura silahlı erməni birləşmələrinin ləğvi və köçkün azərbaycanlıların Xankəndiyə qayıtması məsələsi aiddir. Bu bəndlər həyata keçirilməyənə və Laçın dəhlizində Azərbaycan postu qurulmayana qədər, Minsk qrupunun fəaliyyətə keçməsi əleymizədir. Rusiya və Fransa yaxşı bilir ki, bu mümkün olmayacaq və Azərbaycan heç vaxt ermənilərə status tanımayacaq”.

İrana Xəzər dənizində güzəştə getmək Azərbaycan üçün risklidir" » "Dünya"  informasiya agentliyi

Politoloqun sözlərinə görə, ümumiyyətlə Fransa ilə diplomatik əlaqələri kəsmək, iqtisadi əlaqələri dayandırmaq və Parisdən səfirimizi məsləhətləşmək üçün geri çağırmaq lazımdır: “Fransa Azərbaycana qarşı konkret şəkildə diplomatik və siyasi hücuma keçib və separtizmə açıq şəkildə dəstək verir. Ermənistan rəhbərliyi Fransa kimi özünü aparmır. Moskva və Paris birgə erməni separtizminin inkişafına stimul verməyə çalışır. Onalara ən yaxşı cavabı Türkiyə prezidenti Ərdoğanın Şuşaya səfərində hərbiçilərimizin iştirakı ilə parad keçirməklə vermək lazımdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*