Vilayət Eyvazov Laçın və Kəlbəcərə komendant TƏYİN ETDİ – RƏSMİbackend

Vilayət Eyvazov Laçın və Kəlbəcərə komendant TƏYİN ETDİ - RƏSMİ

İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikasının Prezidentin imzaladığı Fərmana uyğun olaraq, Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edir və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil edir.

KONKRET.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrlərinə əsasən, Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əliyev Laçın rayonuna, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonuna komendant təyin ediliblər.

Şöbələrin şəxsi heyəti müvafiq rayon sakinlərinin sıx məskunlaşdıqları bölgələrdə fəaliyyətlərini davam etdirməklə yanaşı, işğaldan azad edilmiş rayonlarda xidmətə cəlb ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*